Müsabiqədə dünyanın 80-dan çox modeli iştirak edir.
Milli.Az xəbər verir ki, mart ayında Dehlidə "Supermodel İnternational 2016" beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək.
Məlumatı təşkilatçı "World Beauty Congress"in Qafqaz ölkələri üzrə kordinatoru Aqil Məmiyev verib.
"Mart ayında Hindistanın paytaxtı Dehli şəhərində xanımlar arasında keçirilən dünyanın nüfuzlu gözəllik müsabiqələrinden olan "Supermodel İnternational 2016"da ölkəmizi ümumilikdə Qafqaz regionu adından Xəyalə Yolçuyeva təmsil edəcək. Azərbaycan adından isə - Nərgiz Nəsrullayeva. Xəyalənin boyu 176 sm-dir.
Hal-hazırda təmsilçimiz müsabiqəyə ciddi şəkildə hazırlaşır. O, stilist-vizajist Lamiya Babayeva və tanınmış fotoqraf Ratmir Şarifovla çalışır".
Milli.Az


