Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə doğum günü münasibəti ilə bu gün Bakının Novxanı qəsəbəsində yerləşən abidəsi qarşısında anılıb.

ANS PRESS-in məlumatına görə, kənd sakinləri səhər saatlarından abidənin yerləşdiyi kiçik parka gələrək, M.Ə.Rəsulzadəni anıblar.

Həmçinin siyasi partiyalar, ictimaiyyət təmsilçiləri də abidənin ziyarət ediblər.


M. Ə. Rəsulzadə məzarının başında anıldı (FOTO)

M. Ə. Rəsulzadə məzarının başında anıldı (FOTO)

M. Ə. Rəsulzadə məzarının başında anıldı (FOTO)
Rəsulzadənin anım mərasimindən
Foto: Musavat.com

Görkəmli dövlət xadimi olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.

1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurur. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalır.

1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə Azərbaycan Demokratik Respublikasını qurub. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir.


Polşa- Rəsulzadənin “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabınını çap etdirdiyi ölkənin xəritəsi


1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edir, “Əsri” məzarıstanlığında dəfn edilir. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib.


M. Ə. Rəsulzadə məzarının başında anıldı (FOTO)
Məhəmməd Əmin Rəsulzadənin cənazəsi