Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova yeni doğulmuş körpəsindən danışıb. Lent.az-a açıqlama verən ifaçı şəxsi həyatının mediada müzakirə edilməsinin tərəfdarı olmadığını deyib: “Hazırda başım övladıma qarışıb. Demək olar ki, onunla nəfəs alıram. Oğlumun dünyaya gəlməsi bir çoxlarını narahat edib. Ailəmiz barədə əsassız şayiələr yayırlar. Hətta bu cür şayiələrə atam da narahat olur. Çox istərdim ki, hər kəs öz işi ilə məşğul olsun. Mən heç kimin ailəsinə müdaxilə etmirəm. Xahiş edirəm kİ, bizim ailəyə toxunmasınlar. Artıq yaradıcılığıma da start vermişəm, yeni mahnılar yazılıb. Yeniliklərim hələ qarşıdadır”.
Qeyd edək ki, S.Dadaşovanın gizli şəkildə ailə qurması, övlad dünyaya gətirməsi mediada böyük müzakirə yaratmışdı.



