A+
A–

Bakı, 9 fevral, Nihad Budaqov, AZƏRTAC
Almaniyanın cənubundakı Bəd Aiblinq şəhərində qatar qəzası baş verib.
AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, iki şəhərətrafı qatarın toqquşması nəticəsində ən az 4 nəfər ölüb. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, qəza nəticəsində 150-dək insan yaralanıb.
Qəza yerinə 100-dək xilasetmə və ilkin yardım işçisi göndərilib.