"Report"un Banka istinadən verdiyi xəbərə görə, digər borcalanlar üçün fərqli güzəştli proqramlar tətbiq olunur. Kredit ödənişi zamanı əsas borcunun silinməsi ilk növbədə aparılacaq. Bundan əlavə, müştərilərə valyuta kreditləri üzrə illik faiz dərəcəsinin azaldılması və ya kreditin müddətinin uzadılması imkanı verilir. Qeyd edək ki, bu kampaniya istehlak və biznes kreditlərinə şamil olunur.
"Nikoil Bank" cəmiyyət qarşısındakı məsuliyyətin vacibliyini anlayaraq, Azərbaycan vətəndaşlarının iqtisadi və sosial səviyyələrinin artırılması üzərində işləyir. İldən-ilə Bank həm fiziki, həm də hüquqi şəxslərə göstərilən bank xidmətlərinin sürətini və həcmini artırır", - deyə məlumatda bildirilir.
Bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.