A+
A–

Bakı, 18 fevral, AZƏRTAC
Nizami Kino Mərkəzində fevralın 18-dən ABŞ istehsalı olan “Qürur, ön mühakimə və zombi ”, “Nümunəvi erkək №2” və Rusiyanın “Seçkilər günü 2” filmlərinin nümayişinə başlanıb.
Bu barədə AZƏRTAC-a mərkəzin mətbuat xidmətindən bildirilib.
“Qürur, ön mühakimə və zombi” filminin ssenari müəllifi və rejissoru Berr Stirsdir. Ekran əsəri dəhşət, döyüş və melodram janrında lentə alınıb.
Rollarda Lili Ceyms, Sem Rayli, Bella Hitkot, Elli Bamber, Milli Breydi, Syuki Uoterhaus, Duqlas But, Selli Fillips, Çarlz Dens, Cek Hyuston və başqa aktyorlar çəkilib.
“Nümunəvi erkək № 2” komediyasının rejissoru Ben Stillerdir. Filmdə baş rolları Ben Stiller, Ouen Uilson, Penelopa Kruz, Kristen Uiq və başqa aktyorlar canlandırıblar.
“Seçki günü 2” filmini rusiyalı rejissor Aleksandr Barşak komediya janrında çəkib.
Filmdə Leonid Barats, Rostislav Xait, Aleksandr Demidov, Kamil Larin, Vasiliy Utkin, Nonna Qrişayeva, Maksim Vitorqan, Mixail Yefremov və başqa aktyorlar oynayıb.
azertag.az: Nizami Kino Mərkəzində ABŞ və Rusiya istehsalı olan filmlərin nümayişinə başlanılıb