A+
A–

Bakı, 19 fevral, AZƏRTAC
“AGBank” ən təhlükəsiz “İnternet Bankinq” xidmətini təklif edən banklardan biri olub.
Bankdan AZƏRTAC-a bildirilib ki, informasiya texnologiyalarının təhlükəsizliyini təyin və təmin edən High-Tech Bridge və Qualys beynəlxalq informasiya texnologiyaları araşdırma şirkətləri bu sahədə bir sıra araşdırmalar aparıb. Nəticə olaraq adı çəkilən şirkətlərin internet səhifəsində istənilən bankın “İnternet Bankinq” xidmətinin təhlükəsizlik göstəricisini müəyyən edən pəncərə yaradılıb.
İnformasiya texnologiyaları üzrə ixtisaslaşan “Defcon” təşkilatının Azərbaycandakı nümayəndəsi isə bu pəncərə əsasında öz rəsmi saytında yerli 14 bankın internet üzərindən edilən xidmətlərin təhlükəsizlik reytinqini dərc edib (Reytinq). Beləliklə, Azərbaycanda fəaliyyət göstərən 14 bank arasında “AGBank” “İnternet Bankinq” xidmətinin təhlükəsizliyinə görə A+ dərəcəsinə layiq görülüb.
azertag.az: Azərbaycan bankı “İnternet Bankinq” xidmətinin təhlükəsizliyinə görə A+ dərəcəsinə layiq görülüb