A+
A–

Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi E.Abdullayevanın “Ağ qayıq” tamaşasını təqdim edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Xocalı soyqırımının 24–cü ildönümü ilə əlaqədar nümayiş olunacaq “Ağ qayıq” tamaşasında Qarabağ müharibəsinin bəlalarından, bu müharibənin insanlara vurduğu mənəvi zərbələrdən bəhs edilir.
Səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır.
Tamaşada rolları Əməkdar artistlər Şükufə Musayeva, Azad Məmmədov, aktyorlar Dürdanə Dünyamalıyeva, Gündüz Qasımov, Vüsalə Məmmədova və başqaları ifa edəcəklər.

AZERTAG.AZ :”Ağ qayıq” tamaşası nümayiş olunacaq