Qış aylarında qidalanmada meyvə-tərəvəzlərin az olması səbəbindən insan orqanizmi daha az miqdarlarda ona lazım olan vitamin və mineralları alır.
Bu səbəbdən qışın sonunda-yazın əvvəlində bir çox insanlar özündə hipovitaminozun əlamətlərini müşahidə edir:
dərinin vəziyyətinin pisləşməsi (dəri daha quru olar, qabıq verir, rəngi pisləşir)
saçların tökülməsi, zəif, itaətsiz olması
"səbəbsiz" yorğunluq, zəiflik, yuxululuq
əsəbilik, diqqətsizlik
dodaqların kənarlarında çatların əmələ gəlməsi
gözlərdə quruluq, qaranlıqda görmənin pozulması
immunitetin zəiflənməsi və s.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu simptomları aradan qaldırmaq üçün sizə vitaminli içkilərin reseptlərini təqdim edirik.
1. Axşamdan termosda 1/2 l qaynar suda 1 ovuc itburnu, 1 ovuc kişmiş, 4-5 ədəd ərik qurusu dəmlənilir. Səhər dəmləmə süzülür və gün ərzində adi çay kimi içilir. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal və 1 dilim limon əlavə edin.
2. 1 portağalın qabığını, 1 alma (qabıqlı), 1 tikə (3-4 sm) təzə zəncəfil doğranılır, termosda 1/2 l qaynar suda axşamdan dəmlənilir və növbəti gün ərzində çay kimi içilir.
3. Təzə meyvə-tərəvəz, göyərtilərdən hazırlanmış istənilən kokteyllər (smuzi) də hipovitaminoz zamanı çox faydalıdır. Məsələn, 1 kök + 1 alma + 1/2 banan və ya 1 kivi + 1 banan və s. Zövqünüzə görə müxtəlif variantlar fikirləşə bilərsiniz.
Milli.Az