A+
A–

Berlin, 2 mart, AZƏRTAC
dpa agentliyi xəbər verir ki, ABŞ generalı Con Nikolson NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının və ABŞ qoşunlarının yeni komandanı təyin edilib. Onun vəzifə səlahiyyətlərinin icrasına başlaması mərasimi martın 2-də Kabildə keçirilib.
Qərb informasiya agentliklərinin yaydığı məlumata görə, C.Nikolsonun Əfqanıstanda böyük iş təcrübəsi var. Onun sələfi – Con Kempbell baş komandan vəzifəsində 1,5 il işləyib. O, 2015-ci ilin dekabrında bildirib ki, ABŞ Əfqanıstanda hərbçilərin sayının artırılacağını istisna etmir. Bundan iki ay əvvəl ABŞ Prezidenti Barak Obama bəyan edib ki, 2016-cı ilin sonunadək Əfqanıstanda 9800 Amerika əsgəri qalacaq, 2017-ci ildə kontingentin sayı azaldılaraq 5500-ə çatdırılacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
AZERTAG.AZ :NATO-nun Əfqanıstandakı missiyasının yeni baş komandanı vəzifə səlahiyyətlərinin icrasına başlayıb