A+
A–

Bakı, 19 mart, AZƏRTAC
Ömrünün sonuna qədər babası - Səməd Vurğunun ev-muzeyinin direktoru olmuş, həyatdan vaxtsız köçən Aygün Vəkilovanın xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, anım gününə toplaşanlar əvvəlcə onun məzarını ziyarət etmiş, üzərinə tər güllər düzüb, mərhumun ruhuna dualar oxuyublar.
Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbova, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, “Məhsəti” jurnalının baş redaktoru, şairə Fəridə Ləman, yazıçı-publisistlər Salatın Əhmədli, Nəzakət Məmmədova, şairə Z.D.Qayalı və digərləri bildiriblər ki, A.Vəkilova təkcə babasının deyil, bütün Azərbaycan ədəbiyyatının təəssübünü çəkən vətənpərvər bir insan idi. O, direktoru olduğu ev-muzeyində elm-mədəniyyət xadimləri ilə görüşlər keçirib, kitab təqdimatları, yaradıcı insanların yubileylərini təşkil edib, ədəbiyyatın, mədəniyyətin inkişafına öz töhfələrini verib.
Bildirilib ki, A.Vəkilovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
AZERTAG.AZ :Aygün Vəkilovanın xatirəsi anılıb