Bosniya və Herseqovina dövləti İstanbulda və ondan bir qədər əvvəl Ankarada baş verən terror hadisələrinə həssaslıq göstərib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, paytaxt Sarayevonun əsas simvollarından olan Vijecnica kitabxanası Türkiyənin bayrağının görüntüsü ilə işıqlandırılıb. Şəhər bələdiyyəsi həmin binanın ölkə tarixi üçün əhəmiyyətli olduğunu, tarix boyunca bir neçə dəfə hücumlara məruz qaldığını deyib.
Qeyd edək ki, Avropa ölkələri dünən Belçikada baş verən terror hadisəsinə həssaslıq göstərdikdən sonra sosial şəbəkədə türklər onlara etinasız yanaşdıqları üçün bəzi ölkələri tənqid etmişdi.