Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Məqalədə qeyd edilir ki, MDB ölkələrində 1 sutka qalmaq xərci orta hesabla 3 min rubl (71,18 AZN) təşkil edir. MDB ölkələri rusiyalı turistlər üçün nisbətən ucuz qiymətlər, inkişaf etmiş infrastruktur, vizasız giriş və əsasən də yerli sakinlərin rus dilində danışa bilmələri ilə cəlbedici olub.
Rusiyalılar arasında istirahət üçün populyarlığının artım səviyyəsinə görə Azərbaycan liderlik edir.
2015-ci ildə Azərbaycana 2 mln.-dan artıq gələn turistin 685 min nəfəri Rusiyanın payına düşüb. Onlar əsasən paytaxt Bakı, Şahdağ dağ-xizək kurortu, Gəncə, Şamaxı, Qəbələ və Naftalan, habelə Göygöl, Xudat, Xaçmaz, Astara, Siyəzən və Lənkərana ziyarət edib.
Qeyd edək ki, 2016-cı il fevralın 24-də Moskva şəhərində Azərbaycanın Rusiyada turizm nümayəndəliyinin açılışı keçirilib. Bunun nəticəsində 2017-ci ilin fevral ayınadək olan müddət ərzində “Tour A Vent” şirkəti tərəfindən təbliğat-təşviqat işləri həyata keçiriləcək.