Bakıda qadın məsləhətxanasında ölüm hadisəsi baş verib

11:57 20 Fevral 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 11:55 ]


 

Bakı. Fuad Cəfərov – APA. Bakıda qadın məsləhətxanasında ölüm hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Xətai rayonu Vunq Tau küçəsi 13 ünvanında yerləşən 10 saylı Qadın Məsləhətxanasında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Günəş Cəmil qızı Ustayeva abort olunmaq  üçün qadın məsləhətxanasına gəlib. G.Ustayeva abort masasına  çıxmamış dünyasını dəyişib.

 

İlkin məlumata görə, G. Ustayeva üzərində abort keçirilməsinə anası tərəfindən məcbur edilsə də, son anda buna razı olmayıb.

 

10 saylı Qadın Məsləhətxanasının baş həkimi Gülnarə Həsənova  APA-ya Günəş Ustayevanın qadın məsləhətxanasında ölməsi faktını təsdiqləyib: ”Prokurorluq əməkdaşlarl hazırda poliklinikadadır. Həmin qadın burda xəstəlik tarixçəsi açdırandan sonra
qəflətən ölüb. Qadına bizim tərəfimizdən heç bir müdaxilə olunmayıb. Hadisə 15 dəqiqə bundan qabaq olduğuna görə, bizdə başqa məlumat yoxdur”.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR