Tanınmış azərbaycanlı müğənni yenidən qayıtdı - FOTO

Tanınmış azərbaycanlı müğənni yenidən qayıtdı - FOTO
15:37 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Bəyimxanım Vəliyeva möhtəşəm əsərə ekran həyatı verir
Bir neçə ay öncə xəbər vermişdik ki, muğam ifaçısı Bəyimxanım Vəliyeva yaradıcılığına musiqi Tahir Əkbərin, sözləri Sona Vəliyevayanın olan “Arazbarı” adlı əsəri əlavə edib.
 
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Bəyimxanım bu əsəri həmkarı, muğam ustası Ehtiram Hüseynovla birgə ifa edib. Əsərdə bölünən torpaqlardan və xalqımızın yaşadığı faciələrdən söhbət gedir. “Arazbarı”nın əvvəlində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı əsərindən bir parça da səslənib. Burada muğam olduğu kimi bədii qiraət də yer alıb. Bunu isə xalq artisti İlham Əsgərovla şairə Sona Vəliyeva səsləndirib.

“Arazbarı”da tar alətini əməkdar artist Malik Mansurov, kamança alətini isə əməkdar artist Elşən Mansurov səsləndirib. Ümumilikdə adıçəkilən əsərdə 10 nəfərdən ibarət xor iştirak edib. İndi isə xanəndə bu əsərə ekran həyatı verir. Bəyimxanım müdiaya açıqlamasında deyir ki, “Arazbarı”nı çəkən rejissor Bəxtiyar Qaraca və onun asistenti Kəmalə xanımdır: “Klipin bağlı məkanda nəzərdə tutulan çəkilişləri artıq başa çatıb. İndi qalıb rayon çəkilişləri. Yaxın günlərdə çəkilişləri davam etdirmək üçün Sabirabada yollanacayıq. Orada suyun qovuşan yerində, Kürün qırağında çəkəcəyik. Bu əsərdə əməyi keçən hər kəsi elə klipdə də görəcəksiniz. Bu, balaca bir mahnı deyil. Böyük musiqi əsəridir. Təxminən 10 dəqiqəni əhatə edir”.

İfaçı qeyd edir ki, “Arazbarı” əsərinin təqdimat mərasimi mart ayına planlaşdırılır. Onu da vurğulayaq ki, xeyli zamandır yaradıcılığında durğunluq yaşayan xanəndə bundan sonra daha ciddi yaradıcılıq işləri ilə məşğul olacaq: “Artıq sanki, ikinci nəfəslə sənətə başlayıram. Tamaşaçılarım yeni əsərlər, mahnılar, layihələr və konsertlər gözləsinlər”.

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/325749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR