Aktauda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO

Aktauda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO
14:27 23 Fevral 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

22 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr tərəfindən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin fevralından keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində “Renessans-Aktau” otelində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, Aktau şəhər ictimaiyyətinin, Aktau şəhərində akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, digər diaspora təşkilatlarının və yerli kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişlər.

Mərasim keçirilən zalda Xocalı soyqırımı faciəsini əks etdirən fotosərgi, faciə ilə bağlı müxtəlif dövrlərdə nəşr edilmiş kitablar, həmçinin ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilmişdir.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov tədbiri açaraq, 1992-ci il fevral ayında Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım haqqında ümumi məlumat verərək, ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasətindən geniş danışmışdır. Baş konsul “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində keçirilən tədbirlər haqqında mərasim iştirakçılarına məlumat verərək, Xocalı soyqırımının dünya ölkələri rəhbərləri və parlamentləri tərəfindən siyasi qiymət verilməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırmışdır.

Daha sonra, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev çıxış edərək, Qazaxıstan Respublikasının qərb regionlarında yaşayan həmyerlilərimiz tərəfindən “Xocalıya Ədalət” kampaniyası ilə bağlı regionda fəaliyyət göstərən azərbaycanlaların icma təşkilatlarının fəaliyyəti barədə məlumat vermişdir.

Mərasim zamanı, Ş.Y.Yesenov adına Kaspiy Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri Fatimə Hümbətova və Aygün Əliyeva tərəfindən Xocalı soyqırımına həsr olunmuş, Azərbaycan və rus dillərində, üzun illərdir Aktau şəhərində yaşayan, həmyerlimiz şair Rövşən Həsənli müxtəlif şeirlər demişlər.

Daha sonra, Aktau şəhərində yaşayan azərbaycanlı gənclər Firuzə Nəsibova, Abbas Əliyev, Aytən Məmmədova, Aygün Əliyeva, Aslan İsayev, Aidə Əliyeva və Elşən Mehtiyev tərəfindən Baş konsulluğun dəstəyi ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanmış “Çağırış” adlı videoklipin nümayişi keçirilmişdir.

Ermənistan dövləti və erməni diasporunun bütün dünyada xalqımıza qarşı törətdikləri qanlı cinayətləri, xüsusi ilə də Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım faktını hər vasitə ilə təkzib etdirmək, ölkəmizə qarşı çirkin, məkrli siyasətinin həyata keçirilməsinin qarşısının alınması məqsədilə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün “Xocalıya Ədalət” kampaniyasına dəstək olaraq, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Qazaxıstan Respublikasının informasiya məkanında yaradılmış www.xocali.kz saytının yenilikləri barədə təqidimat keçirilmişdir.

Daha sonra, Aktau şəhərində yaşayan gənclərin birgə səyi nəticəsində hazırlanmış “Справедливость Ходжалы” adlı rep uslubunda kompozisiya Elşən Mehtiyev tərəfindən ifa edilmişdir.

Mərasimin sonunda, tədbir iştirakçıları “Renessans-Aktau” otelinin qarşısında, şəhərin iri yol qovşağlarından biri olan ərazidə toplaşaraq, “Xocalı” şüarı formasında düzülərək, müxtəlif dillərdə “Xocalıya Ədalət” sözləri yazılmış yüzlərlə qara rəngli şarı səmaya buraxmışlar.

Tədbir zamanı həmçinin, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində imza kampaniyası təşkil edilmiş və 200-ə yaxın petisiya imzalanmışdır.

Milli.Az
































Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/326152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR