Dövlət Sərhəd Xidmətinin (DSX) 1992 ci il iyun ayının 16-da Samur çayı üzərində Yalama əlahiddə nəzarət buraxılış məntəqəsi kimi fəaliyyətə başlayan Xudat sərhəd dəstəsinin yaranmasından bu gün 24 il ötür.

ANS-in regional bürosunun əməkdaşları şimal sərhədçilərinin bayram günündə Xınalıq kəndindəki zastavada olub.

ANS-in çəkiliş qrupu Xınalıq sərhəd zastavasında
ANS-in çəkiliş qrupu Xınalıq sərhəd zastavasında

Xınalıq sərhəd zastavası Xudat sərhəd dəstəsinin dağlıq zonada yerləşən 4 zastavasından biridir. Dəniz səviyyəsindən 2400 metr hündürlükdə yerləşir. Rusiya ilə sərhəddə dövlət sərhədini ayıq –sayıqlıqla qoruyan dağ sərhədçiləri burada çətin relyef şəraitində xidmət edirlər.

Əsgərlər gündəlik mətbuatla tanış olur
Əsgərlər gündəlik mətbuatla tanış olur

Amma zastavada sərhədçilərin normal xidməti üçün hər cür şərait var. Sinif otağında əsgərlər müəyyən saatlarda gündəlik mətbuatla tanış ola bilir. Əsgər yeməkxanasında dadlı təamlar da öz yerində. ANS-in çəkiliş qrupunun gəlişi nahar fasiləsinə təsadüf etdiyindən əsgər yeməyinin dadina baxa bilib.

Xidməti atlar dövlət sərhədlərinin mühafizəsində sərhədçilərin ən yaxın köməkçiləridir.

Atlı sərhədçilər
Atlı sərhədçilər

Nəzərə alınsa ki, Xınalıq kəndi Qubanın mərkəzindən 57 km aralıda yerləşir, onda bu dağ zastavasında qulluq edənlərin hər hansı təbii fəlakət zamanı yol bağlanarkən hansı çətinliklərlə qarşılaşdıqlarını təsəvvür eləmək çətin deyil.