Xəbər verdiyimiz kimi, bu gün Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb.

"Qafqazinfo" siyahıda adları keçən məşhurların bir neçəsi ilə əlaqə saxlamağa çalışıb.

Əməkdar artistlər Elza Seyidcahan, Mətanət İsgəndərli və müğənni Səidə Sultan mövzuya şərh verməyiblər:

"Biz bu barədə danışmaq istəmirik".

Əməkdar artist Abbas Bağırov isə adının səhvən siyahıya salındığını iddia edib:

"Mənim nazirliyə heç bir borcum yoxdur. Adımı səhv yazıblar, yanlışlıqla bağlı nazirliklə əlaqə saxlamamışam, buna ehtiyac yoxdur. Yeri gəlsə, başqa müğənnilərdən daha çox vergi ödəyirəm".

Müğənni Zamiq Hüseynov da həmkarı Abbas Bağırov kimi heç bir vergi borcunun olmadığını deyib:

"Bəli, məsələdən xəbərdaram. Biz vergimizi ödəyirik, vergidən yayınmağımız barədə hər hansı xəbərdarlıq mənə göndərilməyib".

Xalq artistləri Brilliant Dadaşova və Gülyanaq Məmmədova zənglərə cavab verməyiblər.

Milli.Az