İstanbulda baş verən, bütün Türkiyəni qana bulayan terror hadisəsinə dünya ulduzları da biganə qalmayıblar. Onlar Türkiyəyə dəstək nümayiş etdiriblər. Tanınmışlar öz "İnstagram" səhifələrində bütün türk xalqına başsağlığı verib, terroru lənətləyiblər.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə "İstanbul", "başımızsağolsun", "terorulanetleyiruz", "Prayforİstanbul" həştəqləri ilə yazılar, şəkillər paylaşılıb.

Bir neçə gün öncə Bakıda konsert verən, dünya şöhrətli müğənni Enriki İqlesas öz səhifəsində belə yazıb: "Mənim ürəyim İstanbulladır. Mənim fikirlərin, dualarım bu dəhşətli hadisədən əziyyət çəkən, ümumiyyətlə dünyada bu kimi vəhşiliklərə məruz qalan hər kəslədir".

My heart is with you #Istanbul. My thoughts and prayers go out to everyone affected by this terrible tragedy and all those around the world who suffer from senseless violence like this #PrayForTurkey

A photo posted by Enrique Iglesias (@enriqueiglesias) on

Daha bir dünya şöhrətli ulduz Madonna da Türkiyənin İstanbul şəhərində baş verən terror hadisəsi ilə bağlı öz təəssüfünü bildirib. O, "Bir-birmizi sevmək niyə bu qədər çətindir", yazaraq, Türkiyə və İstanbula dua etdiyini qeyd edib.

Pray For Istanbul