Bu barədə "Report"a açıqlamasında BOKT-un icraçı direktoru Aynur Əliyeva məlumat verib.
Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi təşkilat əməkdaşlıq məqsədi ilə SKMF-ə müraciət etməyə hazırlaşır.
"Bizim fəaliyyətimiz əsasən kənd təsərrüfatına yönəldiyi üçün SKMF-in müvəkkil kredit təşkilatı olmaq istəyirik. Artıq sənədləri hazırlamışıq, Maliyyə Bazarlarına Nəzarət Palatasından rəy alandan sonra gələn rübün əvvəlində İqtisadiyyat Nazirliyinə müraciət etməyi planlaşdırırıq".
Qeyd edək ki, hazırda SKMF-in müvəkkil kredit təşkilatları arasında 27 kommersiya bankı, 7 BOKT və 25 kredit ittifaqı var.