Müğənni Səidə Dadaşova dünən özünə təmtəraqlı ad günü təşkil edib.
Milli.Az 1xeber.com-a istinadən bildirir ki, sənətçi növbəti ad gününü yeni ailəsi ilə birlikdə qeyd edib.
Ad günü məclisində Səidənin atası xalq artisti Rəfael Dadaşov, həyat yoldaşı Məhəmməd və oğlu - balaca Rəfael iştirak edib. Doğmalarının və dostlarının əhatəsində qeyd edilən doğum günü olduqca şən keçib.
1Xəbər.com-un əldə etdiyi videogörüntülərdə balaca Rəfael atası - Məhəmmədin qucağındadır.
Səidə və həyat yoldaşı görüntülərdə olduqca xoşbəxt görünürlər.
Qeyd edək ki, balaca Rəfael dünyaya gəldikdən sonra Məhəmmədlə Səidə artıq bir ailə kimi bərabər yaşayırlar.
Körpə 2015-ci ilin oktyabrında dünyaya gəlib və babasının şərəfinə Rəfael adlandırılıb.
Milli.Az





