Müğənni Səidə Dadaşova 10 aylıq oğlunu müsəlman edib.

Milli.Az 1xeber.com-a istinadən bildirir ki, müğənninin 10 aylıq oğlu Rəfael müsəlman qaydalarına uyğun olaraq sünnət olunub. Maraqlı məqam budur ki, bu prosedurdan sonra balaca Rəfaelə kişilik sənədi verilib.

Səidə xanım özü də sənədin verilməsinə təəccübləndiyini deyir: "Rəfael balam müsəlman oldu və kişilik bəlgəsini aldi. Mən biləni belə hadisələr nadir halda olur. Sünnətdə sənəd verilməsini eşitməmişdim. Bilmirəm, bunu ilk dəfə mənim oğluma verilir, yoxsa yox? Allahıma şükürlər olsun, oğluma da qismət oldu. Allah balamı qorusun!"

Qeyd edək ki, balaca Rəfael 2015-ci ilin oktyabrında dünyaya gəlib və babası xalq artisti Rəfael Dadaşovun adını daşıyır.

Milli.Az