Dünyaca məşhur 22 yaşlı kanadalı müğənni Castin Biber Havay adalarında istirahətdədir. Avstraliyalı model Sahara Ray və onun rəfiqəsi ilə istirahətə yollanan müğənni ötən gün dənizin və günəşin dadını çıxarıb.

Milli.Az xarici mediaya istinadən bildirir ki, qalmaqallı müğənni bu dəfə lümlüt dənizə girərkən kameralara tuş gəlib. Müğənni şortunu çıxarıb dənizə girərkən model Ray da soyunmaq qərarına gəlib.
Qeyd edək ki, Castinin sözügedən fotoları sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, bir neçə gün öncə Orlando Blum eyni şəkildə görüntülənmişdi.
Təhməz Təkin
Milli.Az


