Müğənni Elvin Abdullayev “Darıxdım” adlı mahnısını Könül Kərimova ilə duet şəklində səsləndirib.

Axşam.az-ın məlumatına görə, bəstənin musiqisi Abbas Bağırov, sözləri Arzu Yahyayevaya məxsusdur.

E.Abdullayev və K.Kərimova mahnını yaxın günlərdə dinləyicilərin ixtiyarına verəcəklərini bildiriblər.

Qeyd edək ki, E.Abdullayev mahnını bir müddət əvvəl tək oxuyub.