Amerikalı müğənni, aktrisa, bəstəkar və model, "Pussycat Dolls" qrupunun sabiq solisti Nikol Şerzinger Xorvatiyada istirahətdədir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 38 yaşlı Nikol istirahətdə çəkilmiş fotolarını İnstagram-dakı profilində paylaşıb.
O, Xorvatiyada "Black Eyed Peas" qrupunun sabiq solistləri ilə bir araya da gəlib.
Nikolun yazdığına görə, Apl.de.Ap, Will.i.am və "Taboo Nawasha" ilə istirahəti əla keçib.
Milli.Az






