Bu gün Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilir.
Xalq artisti Aygün Kazımova, Əməkdar artist Elza Seyidcahan, Aybəniz Haşımova, Aşıq Samirə, Elton Hüseynəliyev yaşadıqları ərazi üzrə səsvermədə iştirak edib.
Onlar hər kəsi səsverməyə çağırıb.
Əməkdar artist E.Seyidcahan təəssüratını Publika.az-la bölüşüb:
“Mən sənət adamı olaraq bütün insanları səsverməyə çağırıram. Bizim hər birimizin səsimiz həlledici rol oynaya bilər. Dövlətimi dəstəkləyirəm və azərbaycanlı olduğuma görə qürur hissi keçirirəm”.
Cəvahir