“Eşidilməyən etiraf” - fotolar

“Eşidilməyən etiraf” - fotolar
19:41 1 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” adlı ədəbi layihə çərçivəsində növbəti tədbir keçirilib.

Axşam.az nazirliyə istinadən xəbər verir ki, tədbirdə gənc dramaturq, ssenarist Orxan Muxtarlının “Eşidilməyən etiraf” tamaşası nümayiş etdirilib.

Tamaşa müharibə mövzusuna həsr olunub. Əslən Şuşadan olan yazar öz uşaqlıq dünyasının acılı-şirinli xatirələrini, bədnam qonşularımızın torpaqlarımızı zəbt etməsini qələmə alıb.

Layihənin rəhbəri Nigar Həsənzadə, ADGTT-nin direktoru, əməkdar artist Mübariz Həmidov və digər çıxış edənlər layihənin ölkəmizin mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatın dünyada tanıdılması, onların doğru məcraya yönəldilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR