İŞİD vəhşiliyi: insanları xlorlu mərmilərlə qırırlar

İŞİD vəhşiliyi: insanları xlorlu mərmilərlə qırırlar
09:05 13 Noyabr 2016
514 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD silahlıları İraqın Səlahəddin əyalətinin Şərqat rayonunu xlorlu mərmilərlə atəşə tutub, nəticədə 3 nəfər ölüb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Əs-Sumariyyə" telekanalı məlumat yayıb.
 
"İŞİD silahlıları Əl-Hanuka kəndinə zəhərli maddə hesab edilən xlorla doldurulmuş  azı 15 mərmi atıblar", - deyə ordudakı  mənbə  telekanala bildirib.
 
"Zərbələr nəticəsində 3 nəfər ölüb, iki nəfər yaralanıb. Onların arasında qadın və uşaq da var, həmçinin kəndə ciddi ziyan dəyib", - deyə mənbə əlavə edib.  
 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR