Əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO
16:17 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında görkəmli sənətkar, teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyi keçirilib.

Milli.Az bildirir ki, tədbirdə Azərbaycan Respublikasının xalq artistləri Fuad Poladov, Rafiq Əzimov, Rasim Balayev, Nurəddin Mehdixanlı, Flora Kərimova, tanınmış tele-radio aparıcısı Rahib Azəri, Akademik Milli Dram Teatrının digər aktyorları və Xəzər rayonunun elm və təhsil işçiləri iştirak ediblər.

Yubiley gecəsində görkəmli sənətkar Hamlet Xanızadənin çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub, Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin "Fantaziya" skripkaçılar ansamblının, Mərdəkan Mədəniyyət Sarayının muğam üçlüyünün, "Lalələr" rəqs ansamblının ifaları səsləndirilib.

Teatr və kino aktyorları sənətkarın həyat və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda Hamlet Xanızadənin qızı Xumar Xanızadə təşkilatçılara və bütün qonaqlara təşəkkürünü bildirib.

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/489277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR