Yaşar Nurinin 65 yaşına

Yaşar Nurinin 65 yaşına
18:48 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabrın 15-də Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçiriləcək.

Publika.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq xatirə gecəsinin rejissoru Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir.

Mərasimdə Yaşar Nurinin kino, televiziya və teatr tamaşalarından fraqmentlər nümayiş olunacaq, sənətkarın dostları xatirələrini bölüşəcəklər. Gecədə eyni zamanda Yaşar Nurinin sevdiyi mahnılar səslənəcək.

Qeyd edək ki, Xalq artisti uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakıda vəfat edib.

Cəvahir

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR