"Altın Kelebek"də daha bir qalmaqal: müğənni içəri buraxılmadı

"Altın Kelebek"də daha bir qalmaqal: müğənni içəri buraxılmadı
12:11 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilki "Altın Kelebek" ən qalmaqallı mərasim kimi yadda qalacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, növbəti qalmaqal müğənni Tuğba Ekinçi ilə bağlı olub. 2011-ci ildə Tarkan mükafat almaq üçün səhnəyə çıxanda Tuğba da səhnəyə çıxmış və onunla qalmaqal yaşamışdı. Bu səbəbdən bu il onun mərasimə qatılmasına qadağa qoyulub.

Həmin ildən sonra Tarkan mükafatlandırma mərasimlərinə bir daha qatılmayıb. Bu il isə o, tədbirə gələrək özünə qoyduğu qadağanı pozub.

İddialara görə, T.Ekinçinin mərasim keçirilən məkana girişinə icazə verilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR