Eks-prezident 10 il müddətinə azadlıqdan məhrum edildi

06:09 19 Noyabr 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri,  Ekvador Futbol Federasiyasının sabiq prezidenti Luis Çiriboqa 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, L. Çiriboqa çirkli pulların yuyulmasında təqsirli bilinib.

 

2015-ci ilin yanvarında, L. Çiriboqa dördüncü dəfə Ekvador Futbol Federasiyasının prezidenti seçilib. Ötən ilin dekabrında ona FİFA-dakı korrupsiya qalmaqalı ilə əlaqədar ittiham irəli sürülüb. Bundan sonra L. Çiriboqa könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

 

Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş verib, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR