Azay Quliyev QDİƏT Parlament Məclisinin sessiyasında iştirak edəcək

Azay Quliyev QDİƏT Parlament Məclisinin sessiyasında iştirak edəcək
19:22 28 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə səfər edəcək.

Milli.Az bildirir ki, Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Quliyev səfər çərçivəsində QDİƏT PM-in 48-ci sessiyasında ATƏT PA adından çıxış edəcək.

Deputat çıxışında parlament qurumlarının müasir çağırışlara qarşı yönəlmiş mövcud əməkdaşlığı haqqında və gələcəkdə mümkün fəaliyyətləri barədə danışacaq. Bununla yanaşı, A.Quliyev çıxışında beynəlxalq terrorizmin qarşısının alınmasında və mövcud münaqişələrin həllində parlament diplomatiyasının rolu haqqında məlumat verəcək.

Səfər dekabrın 1-də başa çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/493933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR