9 dekabr 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında "Zamanla üz-üzə-IV" Beynəlxalq layihə çərçivəsində konsert keçiriləcək.
Azərbaycan Dövlət Filarmoniyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, konsertdə Avstriyadan gələn dirijor Roland Freisitzerin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Respublikasının xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.
Proqramda: Franz Schreker "Heç-heçə" operasına Giriş;
Paul Hindemith "Schüanendreher" viola və orkestr üçün konsert;
Gustav Holst "Planetlər" böyük orkestr üçün simfonik süita.
Solist Avstriyadan gələn Yuliya Purgina (viola)
Milli.Az