"Tarkanlıq etməyə çalışırlar" - Emildən həmkarlarına

"Tarkanlıq etməyə çalışırlar" -  Emildən həmkarlarına
22:46 3 Dekabr 2016
100 Şou
Ölkə mətbuatı
A- A+

“Harda qalmaqal olursa, ordan qaçıram. Özümə qarşı hörmətsizlik görəndə, o insanı kənarda başa salıram. Elə edirəm ki, həyatı boyu mənə qarşı səhv etmir. Amma efirdən kiməsə cavab vermirəm".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Emil Bədəlov deyib.

Sənətçi sosial şəbəkədə tanınmışların ünvanına yazılan mənfi fikirlərdən söz açıb:

“Bu cür şərhlərə fikir vermirəm. Bir-iki dəfə əsəbiləşmişəm, nömrəsini tapıb, zəng etmişəm. Görürəm ki, danışanda qorxudan səsi elə titrəyir ki... Beləsinə nə deyəsən?”.

Bir müddət əvvəl İnstaqram profilini bağlayan E.Bədəlov bunun səbəbini açıqlayıb:

“Baxırdım ki, bəziləri girib profilimə baxır, amma məni izləmir. Bağlı saxladım ki, görüm nə edəcəklər. Sənət adamlarının çoxu məni izləmir. Mən də elələrini izləmədən çıxarıram.

İzləyicilərinin sayını sıfra endirənlər Tarkanlıq etməyə çalışırlar".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR