Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Almaniyanın Hamburq şəhərində səfərdə olacaqdır. Milli.Az bildirir ki, bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Büro iclasında ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.

Deputatımız Büro iclasının gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcəkdir.

Milli.Az