Aparıcı Acun İlıcalı "Survivor 2017"yə qatılacaq daha 3 məşhurun adını açıqlayıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, di-cey Berna Öztürk, müğənni Tarık Mengüç və aktrisa Səda Dəmir yarışmada iştirak edəcək.
B.Öztürk eyni zamanda müğənni Tarkanın keçmiş sevgilisi Bilge Öztürkün bacısıdır.
S.Dəmir isə "Yaprak Dökümü" serialındakı rolu ilə tanınıb.
Qeyd edək ki, Acun bundan əvvəl yarışmada iştirak edəcək futbolçular Serhat Akın, İlhan Mansız və aktyor Furkan Kızılayın adlarını açıqlamışdı.
S.Dəmir
B.Öztürk
T.Mengüç