Boliviyanın Tarixa bölgəsində sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 32 nəfər xəsarət alıb. Ölənlərdən 5-i kişi, 6-sı qadın, 2-si isə uşaqdır.

Əyləcdə yaranmış problemin Tarixa-Koçabamba marşrutu üzrə hərəkət edən avtobusun qəzaya uğramasına səbəb olduğu bildirilir.