Kanadalı müğənni Castin Biber 2011-ci ildə aldığı "Ferrari" avtomobilini hərraca çıxarıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni avtomobilini 434 min 500 dollara satıb.

C.Biber eyni zamanda keçmiş sevgilisi Selena Qomez haqqında da açıqlama verib. O, Selenanın yeni sevgilisi "The Weeknd"in mahnılarına qulaq asa bilmədiyini deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Castin onların sevgisinin sadəcə reklam üçün nəzərdə tutulduğunu demişdi.