Pop ulduzu Selena Qomez eks-sevgilisi Castin Biberin yaxın dostu menecer Castin Stirlinq ilə görüntüsünü izləyiciləri ilə bölüşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni onunla səmimi fotosunu "My boy" ("oğlanım") yazaraq, "Instagram" hesabında paylaşıb. "Selena yeni Castini tapdı" kimi rəylərlə sosial şəbəkələrdə yayılan bu foto dosta xəyanət olaraq qiymətləndirilib.
Bu hadisəyə Castinin nə deyəcəyi isə hər kəsi maraqlandırır.
Qeyd edək ki, müğənni bir müddət öncə repçi "The Weeknd"la öpüşməsi ilə gündəmə gəlmişdi.