x
Loading...

“Xoş gəlmisən, Novruzum” adlı konsert keçiriləcək

“Xoş gəlmisən, Novruzum” adlı konsert keçiriləcək
13:21 16 Mart 2015
Ölkə mətbuatı
A- A+
.

Novruz bayramı münasibəti ilə martın 25 –də Heydər Əliyev Sarayında açıq qapı günü keçiriləcək.

Axşam.az-ın məlumatına görə, “Xoş gəlmisən, Novruzum” adlı bayram konsertinə giriş sərbəst olacaq.

Mərasimdə əməkdar artistlər Teyyub Aslanov, Gövhər Rzayeva (qarmon), Səlim Abbasov (skripka),  müğənnilər Samir Piriyev, Yaşar Cəlilov, Günay İbrahimli, Vasif Məhərrəmli, Nazim Məmmədov, Mirkamil Kamilov, Gülay Zeynallı, Rəşad İlyasov, Nicat Cəfərzadə, Əbdül Xalid, Amil Həsənoğlu, Aslan Hüseynov, Solmaz Kosayeva (aşıq), Şəhla Həmidova, Elcan Rzayev, Səidə Dadaşova, “Dostlar" rəqs,  “Komedi.az”, "Kolorit” rəqs qrupu iştirak edəcəklər.

Konsert saat 19:00 –da başlayacaq.

Açıq qapı günü şəhər və rayon Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri cəmiyyətləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, uşaq evlərinin, kimsəsiz, əlil, qüsurlu, daun sindromlu uşaq cəmiyyətlərinin sakinləri üçün nəzərdə tutulub.

Əlaqə telefonu: (12) 441-21-31


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=27909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR