Yevlaxda iki ev yanaraq külə dönüb

19:47 16 Mart 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 19:44 ]


Yevlax. Elvin Yaqubov - APA. Yevlax rayonunda eyni vaxtda 2 ev yanıb, xəsarət alan olmayıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yevlax rayonunun Aşağı Bucaq kəndindəki fərdi evlərdə baş verib, nəticədə 2 ailə evsiz qalıb.

 

Kənd sakinləri Gülüdə Məmmədova və Savad Həsənovaya məxsus bir-birinə yaxın məsafədə yerləşən evlər qəflətən alovlanıb. Ümumi sahəsi 128 kvadratmetr olan hər iki ev tamamilə yanaraq külə dönüb, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun yaxınlıqda yerləşən digər evə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində ev sahiblərinə xeyli miqdarda maddi ziyan dəyib.

 

Qeyd edək ki, yanğın baş verən evlərdə bir neçə aydır ki, yaşayış yoxdur. Buna görə də yanğın barədə Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinə ilk məlumatı qonşular verib. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR