İzdivac verilişindəki Əlinin qərarı Nazı özündən çıxartdı – VİDEO

İzdivac verilişindəki Əlinin qərarı Nazı özündən çıxartdı – VİDEO
13:18 23 Fevral 2017
303 Şou
Ölkə mətbuatı
A- A+

Həftə içi hər gün “Star TV”-də yayımlanan Zuhal Topalın izdivac proqramında iştirak edən azərbaycanlı Əli Əkbərin son qərarı Naz Milanı özündən çıxarıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük dünən verilişdə yenidən mübahisə edib. Daha sonra Naz gərginliyi aradan qaldırmaq üçün Əlini rəqsə dəvət edib. Buna baxmayaraq, Əli rəqsdən sonra Nazla barışmaq istəmədiyini söyləyib. Azərbaycanlı modelin bu qərarı Nazını özündən çıxardıb. Əli "yox" cavabını Naza güvənməməsi və eyni şeyləri təkrar yaşamaqdan qorxması ilə izah edib.

Naz isə Əlini məzəmmət edərək bunları deyib: “Əli uzadır, danışmaq istəmir. Mənə şans vermir. Dünən efirdən əsəbi çıxdım, onunla danışmaq istəmirəm. Əlini geri qaytarmaq üçün çox can atdım. Gündə beş namizəd qəbul edir, onları etməməli idi".

Qeyd edək ki, Əli Əkbər sözügedən verilişə sırf Naz Mila üçün getmişdi. Bir müddət sevgili olan cütlük yola getmədikləri üçün ayrılmağa qərar vermişdi.

Bundan başqa, Naz Mila bir dəfə evli olub və onun bir qızı var. Həmçinin bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və bir gündən sonradan nişanı qaytarıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/188998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı