Bakı. 23 fevral. REPORT.AZ/ Akademik Opera və Balet Teatrında martın 7-də Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası göstəriləcək.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhnə əsəri 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr edilib.
Tamaşada əsas rollarda Belarus Respublikasının məşhur balet ulduzlarını Yana Ştangeyi (Odetta-Odilliya) və bu ölkənin xalq artisti İqor Artamonovu (Şahzadə Ziqfrid) görə biləcəklər. Hər iki sənətçi dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtalitya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misir və s. ölkələrdə uğurlu qastrol səfərlərində olublar.
Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.