Filippinin Dinagat adasındakı Kardianao bulvarına çıxan ağ, tüklü bir varlıq heyrət doğurub.
Metbuat.az xəbər verir ki, yerli xalq tərəfindən "tüklü dəniz canavarı" olaraq adlandırılan 4.75 metr uzunluğunda və iki ton ağırlığındakı varlığın bölgədə yaşanan 6.8 bal gücündəki zəlzələdən sonra sahilə çıxdığı deyilir. Filippinli araşdırmaçılar sahilə çıxan canlının çürüməyə başlayan bir balina olduğunu iddia edirlər.
Adil / Metbuat.az
