2004-cü il. Azərbaycan Ekvador ilə diplomatik əlaqələr qurub. Cənubi Amerikanın şimal-qərbində yerləşən Ekvadorun ərazisi 283 min 560 kvadratkilometr, əhalisinin sayı 16,2 milyon nəfərdir. Paytaxtı Kito şəhəridir

22 MART

1893-cü il. Xalq Artisti Abbas Mirzə Şərifzadənin ad günü (1893-1937). Repressiya qurbanı olan sənətkar 1937-ci ildə güllələnib. "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində qalib gəlmiş Eldar Qasımov Abbas Mirzə Şərifzadənin nəticəsidir.

22 MART

1909-cu il. Azərbaycanın Xalq Yazıçısı Mehdi Hüseyn anadan olub (1909-1965). O, “Abşeron”, “Qara daşlar” və “Yeraltı çaylar dənizə axır” romanlarının müəllifidir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

22 MART

1919-cu il. Xalq Yazıçı İsmayıl Şıxlının doğum günü (1919-1995). O, “Dəli Kür” romanı ilə öz adını Azərbaycan ədəbiyyatına əbədi həkk edib. Bu roman əsasında eyniadlı film çəkilib.

22 MART

Azərbaycanın Xalq artistləri Lütfəli Abdullayev (1914-1973), Əliağa Ağayev (1913-1983), Rübabə Muradova (1933-1983) və Zəroş Həmzəyevanın doğum günü (1925-2004).

22 MART

1945-ci il. Altı ərəb ölkəsinin – Misirin, İraqın, İordaniyanın, Livanın, Suriyanın və Səudiyyə Ərəbistanının nümayəndələri Qahirədə Ərəb Liqasının yaradılmasına dair razılaşmanı imzalayıblar. Sonradan 16 ərəb ölkəsi bu təşkilata üzv olub. Təşkilatın iqamətgahı Qahirədə yerləşir.

22 MART

1992-ci il. BMT-nin Rio-de-Janeyroda keçirdiyi Ətraf Mühit və İnkişafa dair Konfransda ilk dəfə olaraq içməli suyun bəşəriyyət üçün əhəmiyyətini qeyd etmək məqsədilə müəyyən bir günün Ümumdünya Su Günü kimi qeyd olunması tövsiyə edilib. Bu tövsiyəyə əsasən BMT-nin Baş Assambleyası 1993-cü ildə 22 mart tarixini Ümumdünya Su Günü elan edib.

22 MART

1895-ci il. Lümyer qardaşları ilk kinofilmi dostları üçün nümayiş etdiriblər. Qardaşlar kinematoqrafın baniləridirlər. İlk pullu kinoseans 1895-ci il dekabrın 28-də Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilib. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilib.

22 MART

1967-ci il. Koreya Respublikasında “Daewoo” şirkəti qurulub. Şirkət KİA, Hyundai Motor, Asia Motors və Shinjin avtomobil istehsalçılarının birləşməsindən yaranıb.