Bu gün mərhum xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisanın anadan olmasından 101 il keçir.
İTV-nin "Hər gün" proqramı N.Zeynalovanın nəvəsi Nəsibə xanımı qonaq edib. O, nənəsi ilə bağlı xatirələrini bölüşərək, deyib:
"Bilirəm ki, Nəsibə xanım hər zaman ürəklərdədir. Hər zaman onun sözlərindən istifadə edilir. Ulu babamla nənəm evlənəndən 12 il sonra övladı Nəsibə dünyaya gəlib. O vaxtlar aktrisa olmaq çətin idi. Babamın vəsiyyəti olub ki, Nəsibəni oxutdurarsan, onun təhsil pulunu kəsmə. Nəsibə xanım hər şeyi öz zəhmətinə edib".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində