Amerikalı müğənni Qran Prinin iyunun 25-də keçiriləcək podium mərasimindən sonra Dənizkənarı Bulvar ərazisindəki böyük səhnədə ən çox sevilən ifalarını səsləndirəcək. O, Las Veqasda ilboyu davam edən silsilə konsert proqramlarına ara verərək Bakıya gələcək. M.Keri yarış başa çatdıqdan sonra çıxış edəcək.
Qeyd edək ki, iyunun 23-də startı veriləcək Azərbaycan Qran Prisinin ilk iki günündə Tarkan, eləcə də "Black Eyed Peas" qrupu və Nikol Şerzinger səhnəyə çıxacaq.