Bakı. Trend:
Azərbaycanın xaricdəki həmvətənlərinə adekvat münasibət tələb etmək hüququ var.
Trend-in məlumatına görə, bunu bu gün parlamentin plenar iclasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
O bildirib: "Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı yaranmış bu vəziyyət ciddi narahatlıq doğurur. Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə Rusiyanın daxili işidir – bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir. Vətəndaşların toplaşmaq azadlığına, Rusiyada etnik azlıqların öz dillərini və mədəniyyətlərini qoruyub inkişaf etdirmək hüquqlarına münasibətdir. Mən düşünmürəm ki, bu, Rusiyanın rəsmi mövqeyidir”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.