“Report”un xəbərinə görə, “Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən tədbiri parlament sədrinin müavini Bahar Muradova açıb.
O deyib ki, AŞPA mötəbər qurum kimi uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlayır. Onun sözlərinə görə, Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir: “Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir”.
B.Muradova qeyd edib ki, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir.